top of page

Tez-tez soruşulanlar

  • Məhsullarınızı haradan əldə edirsiniz?
    Məhsullarımızın hər birini dünyanın bir çox fərqli şəhərlərindən (Praqa, Berlin, Milan, Paris), minlərlə fərqli məhsulun arasından sizin üçün xüsusi diqqət və zövqlə seçirik.
  • Aldığım məhsulun ölçüsünü dəyişdirə bilərəmmi?
    Hər bir məhsulumuz özünəməxsusdur və bu səbəblə yalnız bir ölçüsü movcuddur. Əgər siz ASILI-da özünüzə uyğun ölçü tapmaqda çətinlik çəkirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin, komandamız sizə yardımcı olacaq.
  • Aldığım məhsulu geri qaytara və ya dəyişə bilərəmmi?
    Bəli, aldığınız məhsulu çatdırılmadan sonrakı 24 saat ərzində geri qaytara bilərsiniz. Qaydalarımıza uyğun olaraq ödənişinizin 100%-ni geri əldə edə bilərsiniz. Növbəti 2 həftə ərzində isə satın aldığınız məhsulu fərqli bir Asılı məhsulu ilə dəyişdirə bilərsiniz.
  • Məhsulları necə əldə edə bilərəm?
    Bəyəndiyiniz məhsulun şəklini bizə instagram DM vasitəsilə göndərərək əldə edə bilərsiniz.
  • Aldığım məhsulda defekt var nə etməliyəm?
    Heç kim qüsursuz deyil, Asılı da həmçinin. Bunun üçün üzr istəyirik! Məhsulunuzdakı defektin şəklini çatdırılmadan sonrakı 24 saat ərzində support@asililimited.com adresinə göndərin. Komanda üzvlərimiz sizinlə ən qısa zamanda əlaqəyə keçərək problemin həll edilməsinə çalışacaq.
  • Hansı sıxlıqla yeni məhsullar əlavə edirsiniz?
    Kolleksiyamıza hər həftə yeni məhsullar əlavə edilir. Yeni əlavə edilən məhsullardan ilk xəbər tutanlardan olmaq üçün ASILI-nı instagram vasitəsilə izləməyi unutmayın! ;)
  • Yeni gələn məhsullar və endirimlər ilə bağlı məlumatı haradan ala bilərəm?
    Kolleksiyaya yeni əlavə edilən məhsullar və endirimlər ilə bağlı məlumatların hamsı instagram səhifəmizdə story və yaxud post vasitəsilə paylaşılır. Yeni fürsətləri qaçırmamaq üçün ASILI-nın instagram səhifəsini izləməyi unutmayın!
  • Çatdırılma üçün ödəniş etməliyəmmi?
    Xeyr, ASILI komandası heç bir əlavə ödəniş tələb etmədən sizə ən uyğun vaxt və məkanda sizə satın aldığınız məhsulları çatdıracaq.
  • Çatdırılma vaxtını və yerini təyin edə bilərəmmi?
    Bəli, komanda üzvlərimiz sizinlə əlaqəyə keçərək sizin üçün ən uyğun olan vaxt və məkanda məhsulu sizə təhvil verəcək.
  • Çatdırılma nə qədər vaxt alır?
    Instagram DM vasitəsilə seçdiyiniz məhsulu almaq istədiyinizi təsdiqlədikdən sonrakı 48 saat ərzində çatdırılmanı təmin edirik.
  • Aldığım məhsul üstündən 48 saat keçməyinə baxmayaraq mənə çatdırılmadı. Nə etməliyəm?
    Hatasız kul olmaz! Belə bir təcrübə yaşadığınız üçün üzr istəyirik! Komanda üzvlərimizin problemi aradan qaldırması üçün bizimlə ən qısa vaxtda 010 316 69 99 nömrəsi ilə əlaqəyə keçməyinizi xahiş edirik.
  • Məhsullarınız gigiyenik şərtlərə cavab verirmi?
    Bəli, məhsullarımızın ikinci əl vintage parçalar olduğunu nəzərə alaraq kolleksiyalar seçildikdən sonra ilk olaraq quru təmizləmədə təmizlənir və yalnız bundan sonra mağazamıza əlavə edilir.
  • Bəyəndiyim məhsulu rezerv edə bilərəmmi?
    Təəssüf ki, ASILI-da hal-hazırda rezerv sistemi mövcud deyil. Bununla belə, paylaşılan məhsulları satın almaq üçün ilk əlaqəyə keçən müştərimiz qeyd edilən məhsulu almağa haqq qazanır.
  • Fiziki mağazanız varmı?
    Hal-hazırda ASILI sadəcə online satış etsə də, fiziki mağazamız açıldığı anda ilk xəbər tutanlardan olmaq üçün instagram səhifəmizi izləməyi unutmayın!
  • ASILI ilə influencer olaraq necə əməkdaşlıq edə bilərəm?
    Siz cəsarətli, özünəməxsus və özgüvənli kontent yaradırsınız? Elədirsə ASILI olaraq sizinlə əməkdaşlıq etməkdən zövq alacağıq! Məlumatlarınızı support@asililimited.com adresinə göndərərək bizimlə əlaqəyə keçməkdən çəkinməyin! :)
  • Sizinlə necə əlaqə saxlaya bilərəm?
    Bizimlə 010 316 69 99 telefon nömrəsi vasitəsilə və yaxud support@gmail.com email adresinə yazaraq əlaqə saxlaya bilərsiniz.

Müştəri xidmətləri

Əlaqə

010 316 69 99 

Passage 1901,

Nigar Rəfibəyli 14

  • Instagram
  • Facebook
  • LinkedIn
  • TikTok

Haqqımızda

Endirimlərdən xəbərdar olmaq üçün abunə olun

Təşəkkürlər!

Biz kimik
Dayanıqlılıq

 

© 2035 by ETHKL. Powered and secured by Wix

bottom of page